Bonobo
Bonobo (lat. Pan paniscus) — nəsli kəsilməkdə olan Pan cinsini təşkil edən iki növ meymundan biri. İnsan genetikası ilə bonobob genetikası (həmçinin şimpanzelərinki) 98.7% eyni olduğundan onlar insanların yaşayan ən yaxın qohumları hesab olunur.
Cırtdan şimpanze adı ilə də bilinir. Pan cinsinin digər növü adi şimpanzedən (Pan troglodytes) boy və çəkidə balaca olur. Çəkisi 43 kq (erkəkdə) — 33 kq (dişidə) aralığında olur. Bonobo Belçikada, Tervuren muzeyində tapılan və şimpanzeyə aid olduğu düşünülən kəllə sümüyü üzərində ABŞ anatomisti Harold Kulic tərəfindən 1928-ci ildə kəşf edilmişdir. Ancaq onları qruplara bölən və elmi sənəd formasında təqdim edən alman Ernst Şvars olub. Bonobolar əsasən Konqo Respublikası ərazində 500.000 km2 ərazidə yayılıblar. Sayları 10 000-dən çoxdur.
Similar Artists