21 Savage

21 Savage (əsl adı: Şaya Bin Eybraham-Cozef; 22 oktyabr 1992) — Britaniya mənşəli rep ifaçısı, ABŞ-də fəaliyyət göstərir. London şəhərində doğulub, Atlantada böyüyüb. 2013-cü ildə professional musiqi fəaliyyətinə başlayıb, üç miksteyp buraxıb. Metro Boomin ilə birgə hazırladığı "Savage Mode" (2016) minialbomu "Billboard 200" hit-paradında 23-cü pilləyə yüksəlib. Albomdan "X" və "No Heart" kompozisiyaları "Billboard Hot 100" hit-paradında 40-cı sıraya daxil olub. 2016-cı ildə Dreykin "Sneakin" kompozisiyasında iştirak edib. 2017-ci ilin yanvarında "Epic Records" şirkəti ilə müqavilə bağlayıb. 21 Savage ilk studiya albomu "Issa Album"ı 2017-ci ildə buraxıb. Albom "Billboard 200" hit-paradında ikinci pillədə qərarlaşıb. Albomun əsas mahnısı "Bank Account" "Billboard Hot 100"də on ikinci yerə çatıb.

Similar Artists

Metro Boomin

Offset

Young Thug

NAV

Future

Gunna

Gucci Mane

Kodak Black

Lil Yachty

BigXthaPlug

Lil Uzi Vert

Don Toliver

A Boogie Wit da Hoodie

Rich The Kid

Key Glock

Drake

Mustard

Rae Sremmurd

Travis Scott

DaBaby