Robert Palmer
Robert Rozuell Palmer (ing. Robert Roswell Palmer; 11 yanvar 1909, Çikaqo, İllinoys[…] – 11 iyun 2002) — ABŞ tarixçisi.
Prinston və Yel universitetlərində XVIII əsr Fransa tarixi üzrə ixtisaslaşmış Palmerin ən mühüm elmi əsəri 1959 və 1964-cü ildə nəşr olunmuş "Demokratik inqilab əsri: Avropa və Amerikanın siyasi tarixi 1760-1800-cü illər" (The Age of the Democratic Revolution: A Political History of Europe and America, 1760–18004) əsəridir ki, burada Palmer XVIII sonu — XIX əsrin əvvəllərində Avropa və Amerika qitəsini bürüyən demokratik inqilab çağı olan Atlantik İnqilabları araşdırmışdır. O, bu əsərin birinci cildinə görə tarix üzrə Benkroft mükafatına layiq görülmüşdür.
Similar Artists