Java

Java – Sun Microsystems şirkəti tərəfindən təqdim olunan obyektyönlü proqramlaşdırma dilinə və texnologiyalara verilən ümumi ad. Java proqram dili struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuşdur. Başlanğıcda Oak ("palıd") adlandırılan bu dil Ceyms Qoslinq (ing. James Gosling) tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdı. Daha sonra bu ad Java ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı. Bu proqramlaşdırma dili Java kofe markasının şərəfinə adlandırılmışdır və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunmuşdur. Java obyektyönümlü proqramlaşdırma dilidir, yəni bütün kodlar siniflərdə(class) təyin edilir və həmin siniflərin çoxu obyektlərə çevrilə bilir. Javadan əvvəlki dillər prosessual(procedural) idi, hansı ki o dillərdə metodlar(routines) var idi,lakin siniflər yox idi. Java həmçinin sinif daxilində fuksional proqramlaşdırmaya da imkan verir, lakin obyekt yönümlü olması Java`nın əsas xüsusiyyətidir. Java kodları JVM daxilində çalışdırılır (run). Hər hansı bir Java proqramı main() metodunun execution`u(işə salınması,çalışdırılması) ilə başladılır. Java yaddaş sızıntısının(memory leaks) qarşısın alır və yaddaşı özü idarə edir.

Similar Artists

R.Wan

Zebda

Soviet Suprem

La Tordue

Fabulous Trobadors

Anis

Bombes 2 Bal

Les Ogres de Barback

Têtes Raides

La Caravane Passe

Mano Solo

Zoufris Maracas

Merlot

Karimouche

Ministère des Affaires Populaires

Les Hurlements d'Léo

La Rue Kétanou

Debout Sur Le Zinc

Les VRP

Moussu T e lei jovents