Bon Jovi

Bon Jovi — 1983-cü ildə ABŞ-nin Nyu Cersi əyalətində Riçi Sambora, Tiko Torres, Devid Brayan və Alek Con Saçdan ibarət olan heyəti ilə Con Bon Covi tərəfindən qurulmuş bir rok qrupu. 1994-cü ildə qrupun bass gitaristi Alek Con Saçın ayrılması istisna olmaqla, qrup təxminən 30 ildir eyni heyət ilə fəaliyyətini davam etdirir. Bon Jovi, karyerası boyunca 11 studiya albomu, 3 yığma albom və 1 də konsert (canlı) albomu yayımlamışdır. Bütün dünyada günümüzə qədər 130 milyonluq albom satışı əldə edən qrup, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyada müxtəlif şəhərlərdə cəmi 50 ölkədə 2700 konsert vermiş və 35 milyon adam canlı performanslarını izləmə şansı əldə etmişdir. Bon Jovi 2006-cı ildə İngiltərədə UK Music Hall of Fame tərəfindən şərəfləndirildi və İngilis Q jurnalının 2004-cü ildə hazırladığı "Bütün Zamanların Ən Böyük 50 qrupu" sıralamasında 14-cü sırada yer aldı. Qrup, 2004-cü ildə Amerikan Musiqi Mükafatlarında "Həyat Boyu Ləyaqət" mükafatı, 2005-ci ildə isə Dünya Musiqi Mükafatlarında bütün dünyada 100 milyonu keçən albom satışları səbəbiylə "Almaz Mükafatı" ilə şərəfləndirildi. Bon Jovi, 1990-cı illərdə MTV-nin reallaşdırdığı MTV Unplugged seriyalarına da ilham qaynağı olmuşdur.

Similar Artists

Aerosmith

Scorpions

Whitesnake

KISS

Def Leppard

Mr. Big

Guns N' Roses

Van Halen

Europe

Poison

Journey

Jon Bon Jovi

Extreme

Pearl Jam

Gotthard

Queen

Skid Row

Alice Cooper

Ozzy Osbourne

Mötley Crüe