Sensey
Sensey (先生, sensey, "əvvəl doğulmuş", "öncəgörən", "yaşca böyük") — Yaponiyada müəllim, həkim, yazıçı, rəhbər və ya digər nüfuzlu şəxsə, həmçinin yaşca xeyli böyük adama hörmət əlaməti kimi işlədilən müraciət forması. Ümumiyyətlə şəxsin adından sonra işlənir və "müəllim" mənasındadır. Eyni söz Koreyada da (kor. 선생님, sonsennim) oxşar məna daşıyır. Çində bu sözün ekvivalenti olan "syanşen" (hərf. "cənab") rəsmi və nəzakətli müraciət formasıdır.
Bundan başqa, bu söz ingilis dilinə "Sensei" kimi qəbul edilmişdir. Bu, "mentor", "tələbə", "müəyyən yerdə təhsil almış" və ya "sosial biliklərə malik kimsə" mənasında istifadə olunur. Yapon dilindəki "sensey" sözündən bir qədər daha mürəkkəb söz hesab olunur. Həmçinin, Palau dilində də mövcuddur.
Similar Artists