Sima Bina
Sima Bina (4 yanvar 1945, Bircənd) — İran ənənəvi musiqisi ifaçısı, bəstəkar, tədqiqatçı, rəssam və müəllim. Almaniyanın WDR radiosu onu "İran xalq musiqisinin böyük xanımı" kimi xarakterizə etmişdir. Sima Binanın səhnə və ifaçılıq fəaliyyəti artıq beş onilliyi əhatə edir. O, demək olar ki, unudulmuş bir sıra İran xalq mahnılarını və melodiyalarını toplayıb yenidən dirçəltmişdir. Bina bu mahnıların mənşəyini araşdırmış, onları müxtəlif bölgələrdə toplamaq, yazıya almaq, notlaşdırmaq və yenidən şərh etmək üzərində geniş tədqiqat aparmışdır. Onun yaradıcılığı Mazandaranlılar, kürdlər, türkmənlər, bəlucilər, lurlar, Şiraz bölgəsi, Bəxtiyarilər və Şimali Xorasan ostanı ilə Cənubi Xorasan ostanı da daxil olmaqla, İran xalq musiqisinin bütün spektrini əhatə edir.
Similar Artists