Real Madrid
Real Madrid FK (isp. Real Madrid Club de Fútbol) — İspaniyanın Madrid şəhərini təmsil edən peşəkar futbol klubu. FIFA tərəfindən XX əsrin ən yaxşı futbol klubu seçilib. "Real Madrid" İspaniyanın ən yüksək futbol çempionatını heç vaxt tərk etməyən 3 klubdan ("Barselona" və "Atletik Bilbao") biridir. İspaniya futbol tarixinin ən titullu klublarından biridir. "Real Madrid"in hesabında ölkə daxilində 67 titul var: 35 dəfə (rekord sayda) İspaniya Çempionu, 20 dəfə İspaniya Kral Kubokunun qalibi və 13 dəfə İspaniya Super Kubokunun qalibidir. UEFA Çempionlar Liqasını hamıdan çox 16 dəfə qazanan klub "Real Madrid"dir. "Real Madrid" bu kuboku 5 dəfə arxa-arxaya (turnirin adı UEFA Avropa Çempionlar Kuboku adlanan zaman) qazanan yeganə klubdur. "Real Madrid" turnirin adı UEFA Çempionlar Liqası adı altında keçirilməyə başlayandan bəri bu mötəbər yarışı 3 dəfə arxa-arxaya qazanan yeganə klubdur. "Real Madrid" 5 dəfə UEFA Super Kubokunu, 2 dəfə UEFA Kubokunu, 2 dəfə UEFA Kuboklar Kubokunu, 8 dəfə FİFA Klublararası Dünya Çempionatını (bunlardan 3-ü turnir Qitələlərarası Kubok adlananda) qazanıb. Ev oyunlarını Santyaqo Bernabeu stadionunda keçirir.
"Deloitte" təşkilatının məlumatına görə 2016/2017-ci il mövsümündə "Real Madrid" 674,6 milyon avro pul qazanaraq dünyanın ən çox gəlir əldə edən klubları sırasında 2-ci yerdə qərarlaşıb. Dəyəri 4,1 milyard dollar olan "Real Madrid" həmçinin dünyanın ən dəyərli futbol klublarından biridir.
Similar Artists