Salvatore Adamo

Salvatore Adamo (it. Salvatore Adamo; 1 noyabr 1943[…], Komiso[d], İtaliya krallığı[…]) — italyanəsilli belçikalı şansonye, romantik balladaları ilə tanınan müğənni və bəstəkar. Adamo İtaliyanın Siciliya əyalətinin Komiso şəhərində anadan olub və üç yaşından Belçikada yaşayıb, buna görə də onun ikili vətəndaşlığı var. 1964-cü ilə qədər o, dünyada albomların satışına görə yalnız "The Beatles" qrupundan geri qalırdı. Karyerası ərzində o, dünya üzrə 80 milyondan çox albom və 20 milyon sinql satmaqla ən populyar belçikalı sənətçi və dünyada kommersiya baxımından ən uğurlu musiqiçilərdən biridir. O, əvvəlcə bütün Avropada, daha sonra isə Yaxın Şərq, Latın Amerikası, Yaponiya və ABŞ-də populyarlıq qazandı. Adamo əsasən fransız dilində ifa edir, eyni zamanda italyan, holland, ingilis, alman, ispan, yapon və türk dillərində də oxuyub. "Tombe la neige", "La nuit", "Vous permettez, Monsieur?", "Inch'Allah" və "C'est ma vie" onun ən məşhur mahnıları olaraq qalır. 2001-ci ildə Adamo Belçikanın cəngavər titulu sayılan Ridder tituluna layiq görülmüşdür.

Similar Artists

Charles Aznavour

Nana Mouskouri

Johnny Hallyday

Dalida

Joe Dassin

Sacha Distel

Sylvie Vartan

Alain Barrière

Marie Laforêt

Gilbert Bécaud

Enrico Macias

Mireille Mathieu

Richard Anthony

Michel Delpech

Gérard Lenorman

Eddy Mitchell

Claude François

Hugues Aufray

Michel Fugain

Serge Lama