Toronto

Toronto — Kanadada ən böyük şəhər. Ontario əyalətinin mərkəz şəhəridir. Əhalisinin sayı 2,7 milyondan çoxdur. Kanadada əhalinin ən çox məskunlaşdığı şəhər hesab olunur. Bölgə (Böyük Toronto Ərazisi; Greater Toronto Area - GTA) əhalisinin sayı 5.113.149 nəfərdir. Toronto beynəlxalq ticarət, maliyyə, incəsənət və mədəniyyət mərkəzi olmaqla, dünyanın ən multikultural və kosmopolitan şəhərlərindən biri kimi tanınır. İnsanlar artıq 10.000 ildən çoxdur ki, çaylar, dərələr və meşələrdən ibarət geniş yamaclı bir yaylada yerləşən Torontonun ərazisində məskunlaşmışlar. Şəhər, Kanadanın ən böyük 5 bankının mərkəzi olan və bir çox böyük yerli və xarici şirkətin əsas qərargahı sayılan Toronto Birjasına ev sahibliyi etməkdədir. İqtisadiyyatı texnologiya, dizayn, maliyyə xidmətləri, təhsil, incəsənət, moda, biznes xidmətləri, ekoloji yeniliklər, qida xidmətləri və turizm sahələrində bir sıra üstünlüklərə malikdir.

Similar Artists

April Wine

The Babys

The J. Geils Band

Chilliwack

Eddie Money

John Mellencamp

The Romantics

Styx

Slade

Streetheart

Cheap Trick

Kim Mitchell

Doug and the Slugs

Red Rider

Jefferson Starship

The Knack

Status Quo

Yes

Prism

Tom Petty and the Heartbreakers