Arizona Zervas
Arizona Zervas (ing. Arizona Zervas; 19 aprel 1995, Providens[d]) — amerikalı repçi, müğənni. 2019-cu ildə Spotify pleylistlərində populyarlaşan və bunla da Billboard Hot 100 cərgəsinin dördüncü pilləsinə yüksələn "Roxanne" mahnısına görə məşhurdur. Mahnının uğuru nəticəsində o, ölkə daxilində konsert turlarına çıxmağa başlayıb və elə həmin ilin noyabrında Columbia Records ilə müqavilə bağlayıb. Mahnı üstəlik Yeni Zelandiya çartlarında bir nömrəyə çevrilib, eləcə də Böyük Britaniya, Avstraliya və bir neçə ölkədə ilk onluğa daxil olub. Onun 2023-cü ildə leybl olmadan özü tərəfindən buraxdığı debüt albomu "Wild West" ABŞ-də Apple Music reytinqlərində 59-cu sırada qərarlaşıb.
Similar Artists