Taylor Swift

Teylor Svift (ing. Taylor Swift; 13 dekabr 1989, Vest-Ridinq[d], Pensilvaniya) — amerikalı müğənni-bəstəkar. XXI əsrin ən nüfuzlu musiqiçilərindən biridir.[kimə görə?] Svift mahnı yazmağa 14 yaşında ikən başlayıb, o, 2005-ci ildə Big Machine Records ilə müqavilə bağladıqdan sonra kantri müğənnisi olmuşdur. Sviftin 2006-cı ildə yayımladığı öz adını daşıyan studiya albomu daxil olmaqla altı albomu Big Machine tərəfindən buraxılıb. Teylorun ikinci albomu "Fearless"dən "Love Story" və "You Belong with Me" mahnıları ABŞ-də ən çox dinlənən treklər olmuşdur. Onun rok elementlərinə malik olan növbəti albomu "Speak Now" (2010) hit-paradlara birinci pillədə qərarlaşıb. 2012-ci ildə buraxdığı "Red" albomundan "We Are Never Ever Getting Back Together" sinqlı onun uğurunu daha da artırmışdır. Daha sonra 2014-cü ildə "1989" albomunu yayımlayan Svift kantri imicindən uzaqlaşdı, albomun "Shake It Off", "Blank Space", və "Bad Blood" mahnıları önəmli populyarlıq qazandı. 2017-ci ildə buraxdığı "Look What You Made Me Do" sinqlı ilə altıncı albomu "Reputation"u dəstəklədi. Big Machine-dən ayrıldıqdan sonra Svift 2018-ci ildə Republic Records ilə müqavilə bağladı və yeddinci studiya albomu olan "Lover" 2019-cu ildə buraxıldı. O, bir il sonra öz həyatından bəhs edən "Miss Americana" avtobioqrafik sənədli filmini buraxdı. 2020-ci il buraxılışları "Folklore" və "Evermore" albomlarında indi folk və alternativ rok janrına üstünlük verdi. Onun 2022-ci ildə işıq üzü görən onuncu albomu "Midnights" və aparıcı sinqlı "Anti-Hero" çoxsaylı yayım rekordları qırdı. Svift səsyazma şirkəti ilə aralarında yaranan mübahisədən sonra əvvəlki albomunu yenidən yazmağa başladı, dördünü yenidən yayımlandı — 2021-ci ildə "Fearless (Taylor's Version)" və "Red (Taylor's Version)", "Speak Now (Taylor's Version)" və "1989 (Taylor's Version)". Svift 2023-cü ildə "The Eras Tour" adlı konsert turlarına çıxamağa başladı. Dünyada 200 milyondan çox albom satan Svift bütün zamanların ən çox satış həyata keçirən musiqiçilərindən biridir. O, ABŞ-də beş albomu bir milyondan çox nüsxə satılan yeganə musiqiçidir. Onun mükafatları arasında 11 "Qremmi" mükafatı, o cümlədən "İlin Albomu" nominasiyasında üç dəfə qələbə, buna əlavə olaraq; Emmi Mükafatı; 40 Amerika musiqi mükafatı; 29 "Billboard Musiqi" mükafatları; və 84 Ginnesin Rekordlar Kitabı daxildir. Svift Rolling Stone jurnalının "Bütün Zamanların 100 Ən Böyük Mahnı yazarı", Billboard-un "Bütün Zamanların Ən Böyük Sənətçiləri", eləcə də Time 100 və Forbes Celebrity 100-də yer alıb. "Onilliyin sənətçisi" və "On ilin qadını" kimi titullara layiq görülən Svift, sənətçilərin hüquqlarını və qadınların səlahiyyətlərini müdafiə edir. Onun musiqisi bütün müğənni-bəstəkarlar nəslinə təsir göstərmişdir.

Similar Artists

Sabrina Carpenter

Gracie Abrams

One Direction

Maisie Peters

Miley Cyrus

Shawn Mendes

Selena Gomez

5 Seconds Of Summer

Little Mix

Niall Horan

Demi Lovato

Alessia Cara

Louis Tomlinson

Halsey

Zara Larsson

Ashe

Griff

Anne-Marie

The Vamps

Joshua Bassett