Juice Wrld

Juice Wrld (əsl adı: Cared Entoni Hiqqins; 2 dekabr 1998, Çikaqo, İllinoys[…] – 8 dekabr 2019[…]) — amerikalı repçi, müğənni, mahnı yazarı. Dörd illik karyerası boyunca o, 2010-cu illərin ortaları və sonları arasında geniş tanınma və populyarlıq qazanan emo rep və SoundCloud rep janrlarının populyarlaşdırılmasında mühüm rol oynamışdır. Juice 2015-ci ildə müstəqil sənətçi kimi musiqi karyerasına başlayıb. 2017-ci ildə Grade A Productions və Interscope Records ilə müqavilə bağlamışdır. "Lucid Dreams" sinqlı sayəsində şöhrət qazanıb. Bu mahnı ABŞ Billboard Hot 100 çartında ikinci pilləyə yüksəlmiş və almaz sertifikat almışdır. Mahnı həmçinin onun 2018-ci ildə çıxan üçqat platin qazanmış "Goodbye & Good Riddance" adlı debüt albomunda da yer alır. Albomun həmçinin digər dörd mahnısı da hit olub: "All Girls Are the Same", "Lean wit Me", "Wasted" və "Armed and Dangerous". Juice 2018-ci ildə Future-nin "Wrld on Drugs" adlı miksteypində iştirak etmişdir. Onun ikinci albomu "Death Race for Love" 2019-cu ildə yayımlanıb. Bu albomda yer alan "Robbery" sinqlı onun Billboard 200 çartında birinci pilləyə yüksələn ilk mahnısı olmuşdur. Juice Wrld 9 dekabr 2019-cu ildə narkotikin həddindən artıq dozasından həyatını itirib.

Similar Artists

Future

A Boogie Wit da Hoodie

Yung Bans

DJ Scheme

Trippie Redd

YNW Melly

XXXTentacion

Lil Skies

Lil Tecca

Offset

Young Thug

Iann Dior

Lil Mosey

YoungBoy Never Broke Again

The Winners

Lil Uzi Vert

Bankrol Hayden

24kgoldn

POLO G

Lil Durk