Chief Keef
Chief Keef (əsl adı: Kit Farrel Kozart; 15 avqust 1995, Çikaqo, İllinoys) — amerikalı repçi, müğənni, mahnı yazarı və musiqi prodüseri. Çikaqonun South Side bölgəsindən olan o, musiqi karyerasına yeniyetmə yaşlarında başlayıb və 2010-cu illərin əvvəllərində buraxdığı miksteyplərı sayəsində tez bir zamanda məşhurluq qazanıb. Repçi 2012-ci ilin martında “I Don't Like” (Lil Reese-in iştirakı ilə) mahnısını buraxıb. Bu mahnı uğur qazanmış və ölkənin ən məşhur hit-paradı olan Billboard Hot 100-ə daxil olmuşdur. Mahnının populyarlaşmasından sonra sənətçinin həmyerlisi olan məşhur repçi Kanye Vest bu mahnının remiks versiyasını da yaratmışdır.
Chief Keef-ə müqavilə imzalatmaq üçün bir çox nüfuzlu musiqi şirkətləri gərgin rəqabətlər aparıblar. Sonda, çoxsaylı təkliflər və söz-söhbətlərdən sonra, Interscope Records sənətçi ilə müqaviləni uğurla təmin edərək qalib gələn iddiaçı olur. O, "Love Sosa" adlı sinqlını 2012-ci ildə buraxır. Bu mahnı, eyni ilin dekabrında çıxan "Finally Rich" adlı debüt studiya albomu ilə oxşar uğur qazanır. Chief Keef hip-hop alt janrı olan drillin populyarlaşdırılmasında mühüm rol oynamışdır.
Chief Keef karyerasında silaha görə həbs olunmaq, ev dustaqlığına salınmaq və Çikaqoda konsertinə qadağa qoyulması kimi bir çox hüquqi problemlərlə üzləşib. Chief Keef 2014-cü ilin sonlarında Interscope şirkəti ilə yollarını ayırıb. O, bundan sonra musiqisini müstəqil şəkildə, öz sahib olduğu Glo Gang adlı musiqi şirkəti vasitəsiə buraxmağa davam etmişdir. Sənətçi “Nobody” (2014), “Back from the Dead 2” (2014) və “Bang 3” (2015) albomlarını bu şirkət vasitəsilə yayımlayıb. Chief Keef 2020 və 2023-cü illərdə iki qonaq çıxışı ilə musiqi hit-paradlarında uğurunun zirvəsini yaşamışdır. O, Lil Uzi Vert-in “Bean (Kobe)” trekində iştirak edib, hansı ki, əhəmiyyətli çart uğuru qazanıb, həmçinin Dreykin “All the Parties” mahnısındakı ifası ilə də diqqətləri cəlb edib.
Similar Artists