Danger Mouse

Danger Mouse (əsl adı: Brayan Cozef Börton; 29 iyul 1977, Uayt-Pleyns[d], Nyu-York ştatı) — ABŞ musiqiçisi, səsyazma prodüseri. O, 2004-cü ildə çıxardığı özünün debüt studiya albomu olan "The Grey Album" sayəsində tanınma qazanıb. O, bu albomunda repçi Jay-Z-nin "The Black Album" albomundan olan vokal parçalarını The Beatles-ın məşhur "The White Album" albomundan olan instrumentallar ilə məharətli şəkildə birbirinə calalamışdır. 2008-ci ildə "Esquire" jurnalı onun adını XXI əsrin ən təsirli 75 şəxsi arasında göstərmişdir. Danger Mouse 2003-cü ildə repçi CeeLo Green ilə soul musiqi duosu olan "Gnarls Barkley"-ni formalaşdırıb. Bu layihə çərçivəsində iki studiya albomu çıxarıb: "St. Elsewhere" (2006) və "The Odd Couple" (2008). Danger Mouse 2009-cu ildə indi-rok qrupu The Shins-in vokalisti Ceyms Merser ilə bir araya gələrək Broken Bells-i formalaşdırıb. Bu qrupun üç studiya albomu işıq üze görüb: "Broken Bells" (2010), "After the Disco" (2014) və "Into the Blue" (2022). Danger Mouse həmçinin repçi MF Doom ilə "Danger Doom" superqrupunu yaradıb. Onların yeganə albomu olan "The Mouse and the Mask" 2005-ci ildə yayımlanıb. Danger Mouse 2022-ci ildə repçi Black Thought ilə "Cheat Codes" adlı kollaborativ studiya albomu çıxarıb. Danger Mouse 22 dəfə "Qremmi" mükafatına namizəd olmuş və onlardan 7-sini qazanmışdır. O, beş dəfə "İlin prodüseri" kateqoriyasında namizəd göstərilmiş və 2011-ci ildə qalib gəlmişdir.

Similar Artists

Balthazar

Girls in Hawaii

alt-J

Absynthe Minded

Beck

Beirut

Grizzly Bear

Wild Beasts

The Whitest Boy Alive

Timber Timbre

Eels

Broken Bells

Half Moon Run

Morcheeba

Cat Power

Andrew Bird

Woods

Tunng

Damon Albarn

Get Well Soon