Britney Spears

Britni Cin Spirs (ing. Britney Jean Spears; 2 dekabr 1981[…]) — ABŞ müğənni və ifaçısı (pop və müasir R&B janrlarında). 2005-ci ildə Qremmi mükafatı laureatı olmuşdur ("Toxic" mahnısına görə). Amerika musiqi tarixində albomları ən yaxşı satılan səkkizinci qadın müğənnidir. Onun "…Baby one more time" adlı ilk albomu onu dünyaca məşhur eləmiş və albomun eyniadlı sinqlı Billboard Hot 100 çartında birinci yerə yüksəlmişdir. Spirsin ikinci "Oops!…I Did It Again" adlı albomu 2000-ci ilin yazında çıxmış və onun pop-ulduz statusunu daha da möhkəmləndirmişdir. Onun üçüncü albomu "Britney" 2001-ci ilin payızında buraxılmışdır və növbəti albomu- "In The Zone" 2003-cü ilin payızında işıq üzü görmüşdür. Karyerasındakı fasilədən sonra 2007-ci ilin oktyabrında "Blackout" albomu çıxmışdır. Albomun ilk sinqlı olan "Gimme More" dünyaca məşhur mahnı olmuşdur. "Piece of me" mahnısına görə o üç mükafat qazanıb — "ən yaxşı pop-mahnı", "ən yaxşı qadın videosu"na və "2007-ci ilin ən yaxşı videosu"na görə.

Similar Artists

Christina Aguilera

Lady Gaga

Rihanna

The Pussycat Dolls

Kesha

Katy Perry

Fergie

Jennifer Lopez

Hilary Duff

Paris Hilton

*NSYNC

Beyoncé

Nelly Furtado

Gwen Stefani

Jessie J

Kylie Minogue

Miley Cyrus

Kelly Clarkson

Lindsay Lohan

Nicole Scherzinger