Deftones

Deftones — 1988-ci ildə Kaliforniyanın Sakramento şəhərində qurulmuş amerikan alternativ metal qrupu. Deftones yaranmasından bu günə kimi doqquz albom buraxmışdır. Qrup ilk albomu "Adrenaline"ni Maverick Records ilə müqavilə bağladıqdan bir müddət sonra 1995-ci ildə yayımlamışdır. Onlar albomu tanıtmaq məqsədilə konsert səfərlərinə çıxmış və bu sayədə çox sayda pərəstişkar kütləsi yığmağı bacarmışdılar. Onların 1997-ci ildə buraxdığı ikinci albomu "Around the Fur" hit olduqdan sonra RIAA tərəfindən sertifikata layiq görülmüşdür. Qrup 2000-ci ildə yayımladığı üçüncü albomu "White Pony" ilə uğurunu daha da artırmışdır, albomun sinqlı "Change (In the House of Flies)" hit-paradlarda zirvəyə çıxmış, "Elite" treki isə "Ən yaxşı metal performansı" nominasiyasında "Qremmi" mükafatı qalibi olmuşdur. Deftones 2003-cü ildə öz adını daşıyan dördüncü albomunu buraxaraq əvvəlki uğurlarına davam etmişdir.

Similar Artists

Superheaven

KoЯn

Team Sleep

A Perfect Circle

Chevelle

††† (Crosses)

Marilyn Manson

Basement

Limp Bizkit

Nine Inch Nails

Filter

Puscifer

TOOL

SWEET SPINE

Helmet

Black Light Burns

Slipknot

Turnstile

Daron Malakian and Scars On Broadway

Loathe