London Grammar
London Grammar – 2009-cu ildə Nottinqemdə yaranmış ingilis indi-pop qrupu. Hanna Reyd, Den Rotman və Dominik "Dot" Meycordan ibarətdir. Onların debüt minialbomu (EP) "Metal & Dust" 2013-cü ilin fevralında Metal & Dust Recordings tərəfindən yayımlanıb. Qrupun debüt studiya albomu (LP) olan "If You Wait" isə bir neçə ay sonra, sentyabrda işıq üzü görüb. Albom Böyük Britaniya Albomları Çartında 2-ci yerə yüksəlmiş və Britaniya Fonoqrafiya Sənayesi (BPI) tərəfindən İkili Platin sertifikatı almışdır. Qrupun ikinci studiya albomu "Truth Is a Beautiful Thing" 2017-ci ilin iyununda çıxıb və Böyük Britaniyanın Albomlar Çartında 1-ci pilləyə çatıb. Ən son albomları Californian Soil 16 aprel 2021-ci ildə işıq üzü görüb. Bu, Birləşmiş Krallıqda onların ikinci ardıcıl 1 nömrəli albomu oldu.
Similar Artists