Sat

SAT (ing. Scholastic Assessment Test) – Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlaşdırılmış test. Test əvvəllər Sxolastik Qabiliyyət Testi və yaxud Sxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o, Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük populyarlıq qazanmışdı. 2005-ci ildə bu test "SAT Məntiq Testi" adlandırıldı. Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqidi təfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, orta məktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur. Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir. Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alan tələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur. SAT-nin nəticələri orta məktəb qeydiyyatını tamamlamaqla qazanılır və tələbə qəbulu üzrə məsul şəxslərə kurs işi, dərəcələr, sinfi səviyyələr kimi məlumatları təmin etməkdə kömək edir. 2005-ci ilin martında SAT-da dəyişiklər edilmişdi. Tarixən, SAT sahilboyu zonalardakı kolleclərdə, Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş ACT testi isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. 2015–16-cı tədris ilindən başlayaraq Kollec Şurası pulsuz SAT hazırlığını təmin etmək üçün Khan Academy ilə işləməyə başladı. 2022-ci ilin yanvar ayında Kollec Şurası testin rəqəmsal olacağını açıqladı. Bu dəyişiklik artıq 2023-cü ilin martında beynəlxalq imtahan verənlər üçün baş verib və ABŞ imtahan verənlər üçün 2024-cü ilin martında başlayacaq.

Similar Artists

Fonky Family

Don Choa

Le Rat Luciano

Street Skillz

IAM

Nap

Psy 4 de la Rime

KDD

Akhenaton

Carré Rouge

Le 3ème Œil

Ärsenik

L'Skadrille

Alibi Montana

Ol'Kainry

Shurik'n

Kool Shen

Busta Flex

Sinik

Mafia K'1 Fry