Motiv

Motiv (lat. moveo — "hərəkət edirəm") — süjetin ən sadə və bölünməz komponentidir. Y.E.Berezkinə görə, folklor-mifoloji motiv bir neçə folklor-mifoloji mətnində təkrarlanan obraz və ya epizod, yaxud da obrazlar və epizodlar sistemidir.Buna misal olaraq "göydə artıq olan günəşlərin endirilməsi" motivini göstərmək olar. Digər təriflər də mövcuddur. B.V.Tomaşevski "Ədəbiyyat nəzəriyyəsi. Poetika" əsərində motivi belə izah edir: "Əsərin ayrılmaz hissəsinin mövzusu motiv adlanır. Əslində, hər təklifin öz motivi vardır." A.N. Veselovski isə "Süjet Poetikası" əsərində motivi belə müəyyənləşdirir: "Motiv dedikdə, ibtidai təfəkkürün və ya gündəlik müşahidənin müxtəlif istəklərinə məcazi şəkildə cavab verən ən sadə hekayə vahidi nəzərdə tutulur. Motivin əsas əlaməti onun məcazi, zaman baxımından qısa və sxematik xarakteridir. Alt mifologiya və nağılların artıq parçalanmayan elementləri motivlər hesab olunur."

Similar Artists

Dream Street

Nali

Ria

Jose

Mayo

Ozzie

Splash

MAZ

Reza

SATV Music

Dee Dee

Epifania

Solae

Rm

Neo

The Clan

Kairo

Avera

Eden

Gaudi