Attila

Attila və ya Atilla (ən tezi 390 və ən geci 400 – 453[…], Pannoniya) — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı. Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda təkbaşına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib. Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır. Bu səbəblə də Avropa mənbələrində "Tanrının Qamçısı" (ing. Scourge of God; it. Flagello di Dio; fr. Fléau de Dieu; lat. Flagellum Dei) olaraq adlanır, amma Macar və Türk mənbələrində adından hörmətlə bəhs edilir.

Similar Artists

Upon A Burning Body

August Burns Red

Fit For A King

As I Lay Dying

Betraying the Martyrs

Bleed From Within

Caliban

Breakdown Of Sanity

The Browning

Bury Tomorrow

The Ghost Inside

We Butter The Bread With Butter

Miss May I

Veil Of Maya

Wage War

For The Fallen Dreams

Stray From The Path

Of Mice & Men

Parkway Drive

Emmure