Red Velvet

Red Velvet (kor. 레드벨벳; RR: Redeubelbet) SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qız qrupudur. Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk minialbomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir. Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir. Onların hit sinqlları "Red Flavor" və "Power Up" "Gaon Rəqəmsal Cədvəl"-də bir nömrəyə çatdı. Həm "Gaon Rəqəmsal Cədvəl"-də, həm də "Billboard Dünya Rəqəmsal Mahnı Satış cədvəl"-də "Happiness", "Ice Cream Cake", "Dumb Dumb", "One of These Nights", "Russian Roulette", "Rookie", "Peek-a-Boo", "Bad Boy", "RBB (Really Bad Boy)", "Zimzalabim", "Umpah Umpah", "Psycho", və "Queendom" mahnılarıda siyahıya daxil olublar. Qrup həmçinin #Cookie Jar (2018) və Sappy (2019) adlı geniş pyesləri ilə yapon musiqi səhnəsinə çıxdı. Red Velvet çoxsaylı mükafatlara, xüsusən "Golden Disk Yeni Sənətçi Mükafatı"-a, "Ən Yaxşı Qadın Qrupu"-a görə "Mnet Asiya Musiqi Mükafatı"-a, "Ən Yaxşı Pop Mahnısı"-a görə "Koreya Musiqi Mükafatı"-a və "İlin Mahnısı"-a görə "Asiya Sənətçisi Mükafatı"-a layiq görülüb. Onların geniş daxili təsiri "Forbes Korea Power Celebrity" tərəfindən tanınıb. (2018-ci ildə 11-ci və 2019-cu ildə beşinci yer) Beynəlxalq miqyasda onlar Time və Billboard tərəfindən ən populyar K-pop qruplarından biri seçilib və 2020-ci ilin fevralına görə Spotify-da dünyada ən çox yayımlanan beşinci K-pop ifaçısı olub.

Similar Artists

Randy Bush

Newton

Nicki French

Double You

Joy Salinas

Sect

Whigfield

Andrew Sixty

Outta Control

Fun Factory

Co.Ro.

Real System

Ice MC

Carol Bailey

Almighty VS. Rochelle

Masterboy

Natalie Browne

Netzwerk

Nevada

Bandido