Manowar

"Manowar",1980-ci ilin axırlarında yaranmış bir heavy metal musiqi qrupudur. Qrupun adı Joey DeMaionun (qrupun qurucusu) da bir müsahibədə dediyi kimi: həyatın hər gün davam edən mübarizə olmasından ilham alaraq "man of war" şəklində qurmuşlar. Üstəlik Manowar bir növ müharibə gəmisidir. "Manowar" daha çox inandıqları mifolojik tanrılarla əlaqəli mahnılar yazıb, heavy metal mədəniyyətini əks elətdirən bəstələr hazırlamaqdadır. Manowarın müharibədən bu qədər çok bəhs etmələri və mahnılarının həddindən artıq sərt olması bəzi dedi-qodulara səbəb olmaqdadır. Məsələn "Manowar"ın mahnıları həddindən artıq motivasiya edici olduğundan Amerikalı əsgərlərə dinlədilməkdədir. Bundan başqa "Manowar" haqqında faşist ifadələri gəzmiş ancaq "Manowar" mahnıları əsgərlərə dinlədilməsi üçün yazmadıqlarını söyləmişlər. Qrupun mahnı sözləri əksəriyyətlə fantastik və mifoloji mövzuları, xüsusilə Skandinaviya mifologiyasında əsas alır. Amma "Triumph of the Steel" albomunun hamısı Truva döyüşünü mövzu almışdır. 1984-cü ildə qrup daha əvvəl bir neçə dəfə yeniləməyi sınadığı "ən yüksək səsli performans rekordu"nu 139 desibel ilə yeniləyərək Ginnesin Rekordlar Kitabına girmişdir.

Similar Artists

Helloween

Running Wild

Accept

Saxon

Iced Earth

Judas Priest

U.D.O.

Savatage

HammerFall

Yngwie Malmsteen

Bruce Dickinson

Primal Fear

Grave Digger

Iron Maiden

Dio

W.A.S.P.

Dream Evil

Warlock

Demons & Wizards

Tygers Of Pan Tang