Pastilla

Pastilla və yaxud bastilla, o cümlədən Şimali Afrika piroqu — (isp. pastela; ərəb. بسطيلة‎) — Mərakeş və tarixi Əndəlüsün in ən məşhur yeməklərindən biri. Bəzən bu yeməyə Şimali Afrika piroqu da deyirlər. Əsasən toyuq, yaxud da dəniz məhsullarından hazırlanır. Keçmişdən gələn bu ləzzət incə bir xəmir təbəqəsinin içinə badamlı toyuq qarışımı doldurularaq hazırlanır. İçindəki ət, zəfəran və digər ədviyyatlarla bişən bu yemək, üzərinə şəkər tozu və darçın səpilərək təqdim olunur. Mərakeş mətbəxinin zənginliyinin bir simvolu olan pastilla, adətən xüsusi mərasimlərdə və bayramlarda hazırlanır. Mərakeş Pireney yarımadası ilə intensiv ticarət və mədəni əlaqələrə sahib olduğundan, bu yeməkdəki ədviyyatlar və tərkiblər müxtəlif mədəniyyətlərin birləşməsini göstərir.

Similar Artists

Bengala

La Gusana Ciega

LOS DANIELS

Kinky

Juan Son

DLD

División Minúscula

Chetes

Enjambre

Zoé

Porter

Hello Seahorse!

Comisario Pantera

Miró

Quiero Club

Jumbo

San Pascualito Rey

Insite

Los Bunkers

Serbia