Mahmood
Alessandro Mahmud (12 sentyabr 1992, Milan, İtaliya) və ya sadəcə Mahmud — Ərəb əsilli İtaliya müğənnisi və bəstəkarı. O, ifa etdiyi "Soldi" mahnısı ilə 2019 Sanremo musiqi festivalında qələbə qazanaraq, İtaliyanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Mahmud Sanremoda iştirak haqqını festivaldan öncə gənc ifaçılar üçün keçirilən şouda "Gioventù bruciata" mahnısı ilə qələbə qazanaraq, əldə etmişdir. O, daha öncə İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümündə iştirak etmişdir.
Similar Artists