Arctic Monkeys

Arctic Monkeys — 2002-ci ildə Şeffilddə qurulan ingilis rok qrupu. Qrup üzvləri Aleks Törner, Ceymi Kuk, Nik O'Melli və Mett Heldersdir. Qrupun üzvü Endi Nikolson ilk albom çıxdıqdan qısa müddət sonra 2006-cı ildə qrupu tərk etdi. Arctic Monkeys internet vasitəsilə məşhurlaşan ilk qruplardan biri kimi bilinir, onların 2006-cı ildə buraxdığı ilk albomu "Whatever People Say I Am, That's What I'm Not" Birləmiş Krallığın hit-parad tarixində ən tez satılan debüt albomu oldu və ən böyük debüt albomlarından biri kimi qarşılandı. Onlar 2007 "BRIT" mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatını qazandılar. Qrupun 2007-ci ildə yayımladığı ikinci albomu "Favourite Worst Nightmare" tənqidçilər tərəfindən bəyənildi və 2008 "BRIT Mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatına layiq görüldü. Onlar 2009-cu ildə "Humbug" və 2011-ci ildə "Suck It and See" albomlarını buraxaraq uğur qazanmağa davam etdilər. Qrupun məşhurluğu tənqidçilər tərəfindən bəyənilən 2013-cü ildə işıq üzü görmüş beşinci albom "AM" ilə daha da artdı, bu albom qlobal hit olan "Do I Wanna Know?" ilə tanınır. Mahnı dörd Billboard hit-paradında birinci pillədə qərarlaşdı və ABŞ-də platin sertifikatına layiq görüldü. Onlar 2014 "BRIT" mükafatlarında Britaniyada üçüncü dəfə "İlin Albomu" mükafatını qazandılar. Qrupun 2018-ci ildə buraxdığı altıncı albomu "Tranquility Base Hotel & Casino" onların əvvəlki gitara əsaslı işlərindən fərqli olaraq, daha çox piano yönümlü idi. Albom 2019-cu ildə "Qremmi" Mükafatlarında "Ən Yaxşı Alternativ Musiqi Albomu" nominasiyasını aldı, bu da onu ilk buraxdıqları albomdan sonra ikinci etdi. Onların 2022-ci ildə yayımladığı yeddinci studiya albomu "The Car" Ayvor Novello və Merküri mükafatlarına namizəd göstərildi. Arctic Monkeys 2022-ci ilə kimi dünya miqyasında 23 milyondan çox albom satmağa nail olub. Qrupun ilk beş albomu İngiltərədə bir nömrə oldu və bu da onları Birləşmiş Krallıqda bunu edən ilk indi-rok qrupu etdi. Qrup yeddi "Brit Mükafatı" qazandı; Üç dəfə "Ən Yaxşı İngilis Qrupu", "İlin Britaniya Albomu", üç dəfə "dubl edən" (yəni hər iki kateqoriyada qalib gələn) ilk qrup oldu; "Whatever People Say I Am, That's What I'm Not" albomuna görə "Merkuri Mükafatı, Ayvor Novello Mükafatı və 20 NME Mükafatı" qazandılar. Bundan əlavə beş "Qremmi" mükafatına namizəd oldular həmçinin 2007, 2013 və 2018-ci illərdə "Merkuri" Mükafatına namizəd göstəriliblər. Həm "Whatever People Say I Am, That's What I'm Not" həm də "AM" NME-nin və Rolling Stone-un müxtəlif nəşrlərində "Bütün Zamanların Ən Yaxşı 500 Albomu" siyahısında yer alıb.

Similar Artists

Cage The Elephant

The Strokes

The Last Shadow Puppets

Franz Ferdinand

The Kooks

The Fratellis

Kasabian

The Black Keys

Interpol

Kaiser Chiefs

The Vaccines

Bloc Party

The Libertines

Kings of Leon

The Killers

Modest Mouse

Inhaler

Radiohead

Yeah Yeah Yeahs

Dynamite Shakers