The Last Dinner Party

The Last Dinner Party, əvvəlki adı ilə Dinner Party — 2021-ci ildə Londonda təşkil edilmiş rok qrupu. Qrupun tərkibində Ebigeyl Morris (vokal), Lizzi Meyland (vokal, gitara), Emili Roberts (aparıcı gitara, mandolin, fleyta), Corciya Devis (bas) və Avrora Nişevçi (klaviatura, vokal) yer alır. Sabit barabançıları olmadığından canlı çıxışlarda əlverişliliyindən asılı olaraq Kasper Maylz ya da Viktoriya Smit onlara kömək edir. "Island Records" ilə anlaşma bağlayan qrup 2023-cü ilin aprelində "Nothing Matters" (tərc. "Hamısı bihudədir") mahnısını təqdim edib. Mahnı Böyük Britaniya siyahılarında ilk iyirmiliyə daxil olub. 2023-cü ilin dekabrında "Yüksələn ulduz" kateqoriyası üzrə "Brit" mükafatına layiq görülüblər və "BBC Sound of 2024" sorğusunda birinciliyi əldə ediblər. 2024-cü il fevralın 2-də nəşr olunan "Prelude to Ecstasy" (tərc. "Vəcdə giriş") adlı debüt albomları Böyük Britaniya albomlar hit-paradında zirvəyə çatıb. Bu, son doqquz ildə ilk həftə ən yüksək satış göstəricisi olan debüt albomu kimi qeydə alınıb. Albom daha sonra "Merkuri" mükafatına namizəd olub. 2025-ci il oktyabrın 17-də ikinci albomları "From the Pyre" (tərc. "Od mərasimindən") işıq üzü görüb və siyahılarda ikinci yerdə durub.

Similar Artists

Florence + The Machine

Djo

Suki Waterhouse

Ethel Cain

Florence Road

Lola Young

Wolf Alice

the Beaches

Orla Gartland

Blondshell

Luvcat

Sarah Kinsley

Cmat

Etta Marcus

Hayley Williams

Wet Leg

nothhingspecial

Lucy Dacus

Sunday (1994)

Balu Brigada