Big Thief

Big Thief — Nyu-Yorkun Bruklin borosunda qurulmuş indi-folk musiqi qrupu. Qrupun üzvləri Adrianna Lenker, Bak Mik, Maks Oleartçik və Ceyms Krivçeniadır. Qrupun ilk albomu olan "Masterpiece" 2016-cı ildə Saddle Creek Records tərəfindən buraxılıb. Onların ikinci albomu "Capacity" bundan bir il sonra 2017-ci ildə yayımlanıb. Big Thief 2019-cu ildə 4AD musiqi şirkəti ilə müqavilə bağlayıb. Həmin il onlar iki yeni albom təqdim ediblər: mayda "U.F.O.F." və oktyabrda "Two Hands". Bu albomların hər ikisi 2020-ci ildə baş tutan 62-ci "Qremmi" mükafatlarında "Ən yaxşı alternativ alboma görə Qremmi mükafatı"na namizəd göstərilib. Növbəti il 2021-ci ildə onların "Not" mahnısı "Ən yaxşı rok mahnısına görə Qremmi" mükafatına və "Ən yaxşı rok performansına görə Qremmi" mükafatına namizəd göstərilmişdir. Qrupun beşinci studiya albomu "Dragon New Warm Mountain I Believe in You" 2022-ci ilin fevralında işıq üzü görüb. Bu albom Hollandiya çartlarında ilk onluğa daxil olmuş və Qremmi 2023-də "Ən yaxşı alternativ musiqi albomu" mükafatına namizədlik əldə etmişdir. Albomdan olan ikinci sinql "Certainty" "Ən yaxşı alternativ musiqi performansı" mükafatına namizədlik qazanmışdır.

Similar Artists

Angel Olsen

Weyes Blood

Haley Heynderickx

Japanese Breakfast

Adrianne Lenker

Indigo De Souza

Soccer Mommy

Julia Jacklin

Sharon Van Etten

Fiona Apple

Alexandra Savior

Elliott Smith

Florist

Father John Misty

Girlpool

Mazzy Star

Jeff Buckley

Bright Eyes

Slow Pulp

Alice Phoebe Lou