Muslimgauze
Brin Cons (ing. Bryn Jones; 17 iyun 1961, Mançester, Birləşmiş Krallıq – 14 yanvar 1999, Mançester, Birləşmiş Krallıq) və ya səhnə adı ilə Muslimgauze — Britaniya elektron musiqiçisi. Yaradıcılığında müsəlman və Fələstin lehinə fikirləri ifadə etmişdir.
Cons "Muslimgauze" adı altında çıxan onlarla albomu ilə məhsuldar bir musiqiçi olmuşdur, lakin heç vaxt meynstrim uğur qazana bilməmişdir. Onun musiqisi bir tənqidçi tərəfindən "noyz anderqraund sahəsində ən heyrətləndirici və unikal musiqilərdən biri" kimi təsvir edilmişdir.
Similar Artists