Hans Zimmer

Hans Florian Simmer (12 sentyabr 1957[…], Frankfurt-Mayn, Almaniya Federativ Respublikası) — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri. O, 1980-ci ildən bəri 150-dən çox film üçün musiqilər bəstələmişdir. Onun əsərlərinə Ən yaxşı musiqiyə görə Oskar mükafatını qazandırmış Kral Şir və bundan başqa Ulduzlararası, Qladiator, Başlanğıc (film, 2010) və Qara cəngavər trilogiyası daxildir. Zimmer karyerasının ilkin mərhələsində Birləşmiş Krallıqda fəaliyyət göstərmiş və sonradan Amerika Birləşmiş Ştatlarına . O, DreamWorks Pictures-də film-musiqi bölməsinin rəhbəridir və öz qurduğu əvvəllər Media Ventures kimi tanınan Remote Control Productions şirkəti vasitəsilə digər bəstəkarlarla əməkdaşlıq edir. Studiyası Kaliforniyanın Santa Monika şəhərində yerləşir və film musiqilərinin ilkin versiyasının qısa zamanda hazırlanması üçün geniş kömpüter texnologiyası ilə təchiz olunmuşdur. Zimmerin əsərləri başlıca olaraq elektronik musiqi səslərini ənənəvi orkestr tərtibatları ilə bütünləşdirməsi ilə fərqlənir. O, dörd Qremmi mükafatı, üç Klassik Brit Mükafatları (ing. Classic Brit Awards), iki Qızıl qlobus mükafatı və bir Oskar mükafatı almışdır. Hans Zimmer The Daily Telegraph tərəfindən yayımlanan Yaşayan 100 Dahi siyahısına salınmışdır.

Similar Artists

The City Of Prague Philharmonic Orchestra

James Newton Howard

L'orchestra Cinematique

Ramin Djawadi

John Williams

James Horner

Thomas Newman

Harry Gregson-Williams

Danny Elfman

Patrick Doyle

John Powell

Alexandre Desplat

Alan Silvestri

Craig Armstrong

London Music Works

Lorne Balfe

Royal Philharmonic Orchestra

Junkie XL

Trevor Rabin

Antonio Pinto

Michael Giacchino