The Cranberries

The Cranberries (oxunur: "Krenberis" — Quşüzümü) — 1989-cu ildə yaranmış və 1990-cı illərdə dünya şöhrəti qazanmış irland rok qrupudur. Qrupun tərkibi vokalçı Dolores O'Riordan, gitaraçı Noel Hoqan, bass gitaraçı Mayk Hoqan, zərb alətləri ifaçısı Ferqal Laulerdən ibarətdir. Daha çox alternativ rok ifa etsələr də, qrupun musiqisinə həmçinin indi pop, postpank, iriş folk, pop rok da aiddir. The Cranberries 1990-cı ildə Birləşmiş Ştatlarda beş milyon surəti satılmış Everybody Else Is Doing It, So Why Can't We? albomu ilə dünyada tanındılar. Qrup 90-cı illərin ən uğurlu qruplarından idi və Birləşmiş Ştatlarda ümumilikdə 15 milyon albom satmışdılar. The Cranberries altı illik fasilədən sonra yenidən birləşdi və Şimali Amerika turuna çıxdı. Daha sonra 2010-cu ildə Latın Amerikası və Avropa ilə turlarına davam etdilər. Qrupun altıncı albomu olan "Roses" albomu 2011-ci ilin mayında yazıldı və 2012-ci ilin fevralın 17-də işıq üzü gördü.

Similar Artists

U2

Alanis Morissette

R.E.M.

Oasis

Sheryl Crow

Lenny Kravitz

Bon Jovi

Pearl Jam

Foo Fighters

The Smashing Pumpkins

Aerosmith

The Cardigans

Bruce Springsteen

The Goo Goo Dolls

Counting Crows

Soul Asylum

Keane

The Verve

Robbie Williams

Weezer