Melanie Martinez
Melani Adel Martines (ing. Melanie Adele Martinez; 28 aprel 1995, Astoriya, Kuins) — amerikalı müğənni-mahnı yazarı. O, 2012-ci ildə ABŞ-də yayımlanan "The Voice" müsabiqəsindəki uğurlu iştirakından sonra, Atlantic Records ilə müqaviə bağlamış və ilk sinqlı "Dollhouse", ardınca eyniadlı minialbomunu yayımlamışdır.
Melaninin 2015-ci ildə çıxardığı, baş qəhrəmanı eyniadlı alter eqosu olan debüt studiya albomu "Cry Baby" Amerika Səsyazma Sənayesi Assosiasiyası (RIAA) tərəfindən ikiqat platin sertifikatı almışdır. Eyni zamanda, alboma daxil olan "Sippy Cup", "Mad Hatter", "Mrs. Potato Head", "Cry Baby", "Pacify Her" və "Soap" mahnılarının hər biri ABŞ-də qızıl sertifikat qazanıb. Həmçinin onun "Dollhouse" və "Pity Party" mahnıları RIAA tərəfindən platin sertifikatına sahib olub.
Melani ikinci studiya albomu olan "K-12" ilə bərabər Cry Baby hekayə xəttini davam etdirib. 2020-ci ildə onun sayca dördüncü minialbomu "After School" yayımlanıb. Melaninin kifayət qədər bəyəni toplamayan üçüncü studiya albomu olan "Portals" isə 31 mart 2023-cü ildə işıq üzü görüb.
Similar Artists