The Neighbourhood

The Neighbourhood (bəzən "THE NBHD" kimi göstərilir) — 2011-ci ildə Kaliforniya ştatının Nyuböri-Park şəhərində qurulmuş amerikan rok qrupu. Qrup müğənni Cessi Ruterford, gitaraçılar Ceremi Fridman və Zak Abels, basçı Mayki Marqotdan ibarətdir. Qrupun 2014-cü ildən zərbçisi olan Brendon Frid 2022-ci ildə qrupdan ayrıldı. Qrup “I'm Sorry…” və “Thank You” minialbomlarını buraxdıqdan sonra 2013-cü ildə Columbia Records vasitəsilə ilk studiya albomu “I Love You.”-nu yayımladı. Albomun “Sweater Weather” mahnısı 2013-cü ildə Billboard Hot 100 çartında 14-cü pilləyə yüksəldi, mahnı uzun müddət sonra TikTok-da populyarlıq qazandı və Spotify-da ən çox dinlənən mahnılardan birinə çevrildi. Elə həmin il qrup “The Love Collection” adlı minialbom; və 2014-cü ilin noyabrında “#000000 & #FFFFFF” adlı miksteyp yayımladı. İkinci albom, “Wiped Out!” 30 oktyabr 2015-ci ildə buraxıldı. Öz adlarını daşıyan üçüncü studiya albomu “The Neighbourhood” 9 mart 2018-ci ildə işıq üzü gördü. Həmin albomun əlavə treklərinin olduğu versiyası “Hard to Imagine The Neighbourhood Ever Changing” 2 noyabr 2018-ci ildə buraxıldı. Dördüncü albom “Chip Chrome & the Mono-Tones” 25 sentyabr 2020-ci ildə yayımlandı. Qrup fəaliyyətinə 22 fevral 2022-ci ildə fasilə verdi. Qrupun solisti Cessi Ruterford 2016-cı ildə SoundCloud üzərindən digər layihəsi olan The Factoury üçün bir neçə mahnı yayımladı, həmçinin o, solo karyerasına davam etdi və 2023-cü ilin martında Atlantic ilə müqavilə bağladı.

Similar Artists

Lana Del Rey

Jesse

Beach Weather

Henry Morris

Labrinth

ASAL

Wallows

Montell Fish

beabadoobee

Clairo

Willow

The Marías

Nessa Barrett

dj gummy bear

Suki Waterhouse

Vlad Holiday

Billie Eilish

Lyn Lapid

Soupless

Saint Avangeline