Cream

Cream — İngiltərə rok qrupu. Qrupun üzvləri Cek Brüs (bas gitara), Erik Klepton (gitara) və Cincr Beyker (zərb alətləri) olmuşdur. Cream ilk super-qrup hesab olunur. Qrup üzvləri instrumental ifa bacarıqlarına görə yüksək qiymətləndirilmişdir. Qısamüddətli üç illik fəaliyyəti ərzində qrup dörd albom buraxmışdır: "Fresh Cream" (1966), "Disraeli Gears" (1967), "Wheels of Fire" (1968) və "Goodbye" (1969). "Disraeli Gears" albomunun buraxılış ərəfələrində prodüser və multi-instrumental ifaçısı Feliks Pappalardi studiyada qrupa qoşulmuşdur. Onların musiqisi blüz-rok, psixodeliya və hard rok kimi rok musiqi janrlarını əhatə edirdi. Cream fəaliyyət müddətində dünya üzrə 15 milyondan çox səsyazma nüsxəsi satmışdır. Qrupun üçüncü albomu, "Wheels of Fire" (1968) ilk platin-satışlı cüt albom olmuşdur. Onlar "Sunshine of Your Love" (1967) və "White Room" (1968) kimi mahnılarla beynəlxalq hitlərə imza atmışdır. Brüs və Beyker arasındakı gərginlik 1968-ci ilin may ayında qrupun dağılmasına səbəb olmuş, lakin qrup son dəfə "Goodbye" albomunu buraxmış və turneyə çıxmışdır. Tur, 1968-ci ilin 25 və 26 noyabr tarixlərində Royal Albert Hall-da iki son vida konserti ilə başa çatmışdır. Bu konsertlər lentə alınıb kinoteatrlarda nümayiş olunmuşdur. 1993-cü ildə Cream Rok-n-roll şöhrət zalına daxil edilmişdir. Onlar həm "Rolling Stone", həm də VH1-in "Bütün zamanların ən böyük 100 sənətkarı" siyahısında müvafiq olaraq 67 və 61-ci yerdə salınmışdır. Onlar həmçinin VH1-in "Hard-rokun 100 ən böyük sənətkarı" siyahısında 16-cı yerdə qərarlaşmışdır.

Similar Artists

The Rolling Stones

Jimi Hendrix

Ten Years After

Free

The Doors

Steppenwolf

Canned Heat

Humble Pie

Frank Zappa

The Yardbirds

Jethro Tull

The Who

Creedence Clearwater Revival

Janis Joplin

Derek & The Dominos

Grateful Dead

The Allman Brothers Band

Led Zeppelin

Jefferson Airplane

Deep Purple