The Doors

The Doors (azərb. Qapılar‎) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərmişdir. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlamışdır. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasa da, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərmişdir. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir etmişdir. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır. Qrupun adının The doors olması, Cim Morrisonun adı ilə bağlıdır. Morrison ilham qapıları adlı kitabı oxuduqdan sonra qrupun adını qapılar qoymuşdur.

Similar Artists

The Rolling Stones

Jimi Hendrix

The Who

The Beatles

Pink Floyd

Led Zeppelin

Deep Purple

Janis Joplin

Bob Dylan

Ten Years After

Santana

Neil Young

Cream

Jethro Tull

Creedence Clearwater Revival

David Bowie

Lou Reed

Canned Heat

Frank Zappa

Jefferson Airplane