Jonas Brothers

The Jonas Brothers - ABŞ rok musiqi qrupu. 2005-ci ildə yaradılan qrup Disney Channel televiziya şəbəkəsində göründükdən sonra populyarlıq qazanmağa başladı. Qrupun 3 üzvü: Kevin Conas, Co Conas və Nik Conas qardaşlarıdır. Vikoff, Nyu Cersidə yaradılan Jonas Brothers qrupu sonralar Little Falls, Nyu Cersiyə doğru irəlilədi, hansı ki onlar 2005-də burda Hollywood Recordsun köməkliyi ilə ilk mahnılarını yazdılar. 2008-ci ilin yayında isə onlar Disney Channel Original Movie Camp və bunun davamı olan Camp Rock 2: The Final Jam seriallarında oynadılar. Həmçinin Disney Channeldə öz şəxsi Jonas serialını yayımlayan qardaşlar burda Kevin, Co və Nik Lukas kimi Lukas qardaşları qrupunu canlandırdılar. Sonralar serial Jonas L.A. kimi adlandırılmağa başladı və 2-ci mövsümdən sonra dayandırıldı. İndiyə qədər qrup 5 studiya albomu buraxmışdır: It's about time (2006), Jonas Brothers (2007), A Little Bit Longer (2008), Lines, Vines and Trying Times (2009) və Happiness Begins (2019) Qrup 2008-ci ildə Qremmi mükafatının Yeni Artist kateqoriyası üzrə namizəd göstərildi və elə həmin il American Music Award tərəfindən İlin Yeni Artisti mükafatına layiq görüldü. Hələ 2009-cu ilin mayında Lines, Vines and Trying Times albomunu buraxmamışdan əvvəl onlar dünya üzrə 8 milyondan artıq albom satmışdılar. 2010 və 2011-ci illər qrup üçün durğunluq illəri oldu. Belə ki, artıq onlar solo layihələr hazırlayırdılar. Lakin qrup 2012-ci ildə yeni albom yazmaq üçün bir araya gəldi. Bu albom qrupun 29 Oktyabr 2013-cü ildə müvəqqəti dağılmasından sonra ləğv edildi. Bu vaxta qədər onların 17 milyondan artıq albomu satılmışdı. 6 illik fasilədən sonra qrup 1 Mart 2019-cu ildə "Sucker" mahnısı ilə yenidən bərpa olundu. Mahnı Billboard Hot 100 siyahısına zirvədən giriş edən 34-cü mahnı, Jonas Brothersin isə bu siyahıdakı zirvədə yer alan ilk mahnıları oldu. 1 ay sonra 5 Aprel 2019-cu ildə onlar ikinci sinqlı ("Cool") buraxdılar. Mahnı Billboard Hot 100-ə 40-cı nömrənin əvvəllərindən debüt etdi və yavaş-yavaş qrupun "Sucker"dan sonra ikinci məşhur mahnısı oldu. Jonas Brothers-ın 5-ci studiya albomu Happiness Begins 7 İyun 2019-cu ildə buraxıldı və Billboard 200-ə zirvədən debüt etdi.

Similar Artists

Miley Cyrus

Demi Lovato

Charlie Puth

Joe Jonas

Nick Jonas

Anne-Marie

Meghan Trainor

Mimi Webb

Liam Payne

DNCE

The Vamps

Katy Perry

Griff

Why Don't We

Taylor Swift

Ed Sheeran

Maroon 5

Shawn Mendes

Selena Gomez

Astrid S