Alex G

Alex G (əsl adı: Aleksandr Cannaskoli; 3 fevral 1993) — ABŞ-dən olan musiqiçi, prodüser, mahnı yazarı. O, musiqi karyerasına yaşadığı şəhərdəki qruplarda ifa etməklə başlamış, sonradan solo sənətçi kimi öz karyerasını davam etdirmək qərarına gəlmişdir. Aleks 18 yaşından etibarən mahnılar yazıb-buraxmaqdadır. O, 2010-cu ildə Sandy (Alex G) təxəllüsü ilə özünün debüt studiya albomu olan "Race"-ni çıxarıb. Aleks "Trick" də daxil olmaqla ilk albom relizlərinin çoxunu müstəqil şəkildə, Bandcamp vasitəsilə yayımlayıb. Aleks 2014-cü ildə Orchid Tapes leyblının iştirakı ilə buraxdığı beşinci studiya albomu "DSU" sayəsində geniş dinləyici auditoriyası qazanıb. Aleks 2015-ci ildə Britaniya mərkəzli leybl olan Domino ilə müqaviləyə imza atmışdır. Onun altıncı studiya albomu "Beach Music" bu şirkət vasitəsilə yayımlanıb. Aleksin 2017-ci ildə çıxardığı "Rocket" adlanan yeddinci studiya albomu ictimaiyyət tərəfindən müsbət rəylərlə qarşılanıb. "House of Sugar" adlanan sayca səkkizinci studiya albomunu 2019-cu ildə buraxıb. Aleks, amerikalı rejissor Ceyn Şönbrunun "We're All Going to the World's Fair" və "Televizorun parıldadığını gördüm" filmləri üçün musiqi bəstələmişdir. Aleks 2019-cu ilin sentyabrında "God Save the Animals" adlı sayca doqquzuncu studiya albomunu çıxarıb. 2024-cü ilin əvvəllərində RCA ilə müqavilə bağlayıb.

Similar Artists

Duster

Pinegrove

salvia palth

Roar

bôa

Current Joys

TV Girl

Solya

Teen Suicide

Mitski

sundots

Panchiko

Mediavolo

ivri

Theo Haber

Coma Cinema

Eyedress

Black Box Recorder

Whatever, Dad

archie forde