Mitski
Mitski Miyavaki (27 sentyabr 1990, Mie prefekturası) — yapon əsilli amerikalı müğənni, mahnı yazarı. Mitski SUNY Purchase-də studiya bəstəkarlığı təhsili alarkən özünün ilk iki albomunu – "Lush" və "Retired from Sad, New Career in Business" albomlarını tələbə layihəsi çərçivəsində hazırıayıb. O, 2013-cü ildə məzun olmuş və sonra 2014-cü ildə Double Double Whammy vasitəsilə "Bury Me at Makeout Creek" adlı üçüncü studiya albomunu yayımlamışdır.
Mitski 2015-ci ildə Dead Oceans şirkəti ilə müqavilə bağlamışdır. Ardınca "Puberty 2", "Be the Cowboy" və "Laurel Hell" albomlarını buraxmışdır. 2022-ci ildə The Guardian qəzetindən Ben Beaumont-Thomas onu ABŞ-nin "ən yaxşı gənc mahnı yazarı" adlandırıb. Onun David Byrne ilə birlikdə "Hər şey hər yerdə və bir anda" filmi üçün yazdığı "This is a Life" mahnısı "Oskar" mükafatına namizəd göstərilib. Mitskinin yeddinci studiya albomu "The Land Is Inhospitable and So Are We" 2023-cü ildə işıq üzü görüb.
Similar Artists