Playboi Carti

Playboi Carti (əsl adı: Cordan Terrell Karter; 13 sentyabr 1996[…], Atlanta) — ABŞ repçisi; müğənni. Repçinin vokal ifası və geyim tərzi özünəməxsusdur. Hip-hop janrında fəaliyyət göstərir və "reyc" (orij. "rage") istiqamətinin formalaşmasında iştirak edib. İfaçılığında ənənəvi mətn quruluşundan daha çox səs effektlərinə və obraza önəm verir. "Uşaq səsi" (orij. "baby voice") kimi texniki üsullardan istifadə edir. C. Karter Atlanta şəhərində anadan olub, təhsilini də orada alıb. 2011-ci ildə "Sir Cartier" təxəllüsü ilə musiqi fəaliyyətinə başlayıb və ilk audio yazılarını "SoundCloud" platformasında yerləşdirib. 2014-cü ildə "Awful Records" şirkəti, 2016-cı ildə isə "Interscope Records" və ASAP Rocky-nin "AWGE" şirkəti ilə müqavilə bağlayıb. İlk miksteypi (2017) "Billboard 200" hit-paradında 12-ci pillədə qərarlaşıb. Həmin albomdan "Magnolia" və Lil Uzi Vert-lə birgə "Wokeuplikethis" kompozisiyaları yayımlanıb. İlk studiya albomu "Die Lit" (2018) "Billboard 200" hit-paradında 3-cü mövqedə yer alıb. İkinci albomu olan "Whole Lotta Red" (2020) "Billboard 200" hit-paradında birinci yerə yüksəlib. "Rolling Stone" jurnalı bu albomu hip-hop janrında əhəmiyyətli nümunələr sırasına daxil edib. Trevis Skott ("Fein", 2024), Kanye Vest və Ty Dolla Sign ("Carnival", 2024) kimi sənətçilərlə əməkdaşlıqlar qurub. "Carnival" kompozisiyası "Billboard Hot 100"də birinci yerə çıxıb. 2025-ci ildə "Music" adlı üçüncü studiya albomunu təqdim edib. Albom müsbət rəylər alıb və "Billboard 200" hit-paradında növbəti dəfə birinci yerə yüksəlib. Albomdan çıxan "Evil J0rdan" sinqlı "Billboard Hot 100"də ikinci yerdən start götürüb. İfa karyerasından əlavə, C. Karter 2019-cu ildə "Opium" adlı səsyazma şirkətini və rep qrupunu təsis edib. Ken Carson, Destroy Lonely, "Homixide Gang" və "ASAP Mob" qrupunun üzvü ASAP Nast kimi ifaçılar şirkətlə müqavilə bağlayıb.

Similar Artists

Ken Carson

Lil Uzi Vert

Travis Scott

Yeat

Young Thug

Lil Yachty

Future

¥$

Chief Keef

Pi'erre Bourne

Don Toliver

Cochise

Destroy Lonely

Thybxlle

Baby Keem

Lil Tecca

Votabias

Kodak Black

K$upreme

725