Yeat
Yeat (azərb. Yit; 26 fevral 2000, İrvayn, Orinc qraflığı, Kaliforniya, ABŞ) — ABŞ repçisi, müğənni, mahnı müəllifi və prodüser. Reyc (orij. "Rage") adlanan cərəyanın öndə gedən simalarından biri sayılır. Dizayner geyimlərini balaklava ilə kombinə edib özünəməxsus bir estetika yaradıb. Digər reperlərin işlətmədiyi ifadələri mahnılarına yerləşdirir.
Yit 2021-ci ilin ortalarında "4L" miksteypi və "Up 2 Me" adlı ilk studiya albomu ilə sektorun diqqətini özünə çəkir. Albomdan "Money So Big" və "Get Busy" mahnıları "TikTok"da geniş vüsət alır. 2022-ci il onun üçün məhsuldar olub, "2 Alive" və "Lyfe" minialbomu eyni ildə üzə çıxır, üstəlik hər ikisi "Billboard 200"ün ilk onluğuna yerləşir. 2023-cü ildə "Afterlyfe" ilə qarşıya çıxan Yit bu dəfə dördüncü pillədən başlayır və ilk dəfə beşliyin içinə düşür. Dreykin "IDGAF" mahnısında da imzası olan Yit həmin trek vasitəsilə "Billboard Hot 100"də ikinciliyə, "Global 200"də isə zirvəyə qədər yüksəlir. 2024-cü il isə onu bir addım da irəli aparır, fevralda "2093", oktyabrda "Lyfestyle" çıxır. "2093" "Billboard 200"də ikinci yeri tutsa da, "Lyfestyle" siyahının tacını geyinir və Yitin indiyə qədər birinci yerdən açılan ilk layihəsi olur.
Similar Artists