beabadoobee

Beabadoobee (əsl adı: Beatris Kristi İlehay Laus; 3 iyun 2000, İloilo[d]) — Filippin-Britaniya müğənnisi. 2018–2021-ci illərdə "Dirty Hit" müstəqil musiqi şirkəti vasitəsilə beş minialbom buraxıb: "Lice" (2018), "Patched Up" (2018), "Loveworm" (2019), "Space Cadet" (2019) və "Our Extended Play" (2021). İlk tam formatli studiya albomu "Fake It Flowers" 2020-ci ilin oktyabrında işıq üzü görüb. İkinci albomu "Beatopia" 2022-ci il iyulun 15-də yayımlanıb. Üçüncü albomu "This Is How Tomorrow Moves" 2024-cü il avqustun 9-da buraxılıb və "UK Albums Chart"da birinci yerə yüksəlib. B. Laus "The 1975" qrupunun "Music for Cars", Clairo-nun "Immunity", Oliviya Rodriqonun "Guts World" və Teylor Sviftin "The Eras" turlarında açılış ifaçısı olub. 2020-ci ildə "Brit Awards"da yeni ifaçı, "NME Awards"da "Radar" nominasiyalarında təqdim edilib. BBC-nin "Sound of 2020" tənqidçi sorğusunda perspektivli musiqiçi kimi qeyd olunub.

Similar Artists

Laufey

Clairo

Matt Maltese

The Marías

Suki Waterhouse

The Japanese House

Sarah Kinsley

Maya Hawke

Tinyumbrellas

Faye Webster

Leith Ross

Wasia Project

Ricky Montgomery

Adrianne Lenker

Mitski

Rin

Esha Tewari

Henry Morris

Current Joys

Crying City