Laufey
Leyvey (isl. Laufey; 23 aprel 1999, Reykyavik, İslandiya) — Çin əsilli İslandiya müğənnisi. O, 2020-ci illərdə yayımladığı ingilis dilli caz-pop janrındakı mahnılarına görə tanınır.
Leyvey 15 yaşında İslandiya Simfonik Orkestrinin tərkibində violonçel çalmışdır. O, 2014-cü ildə "Iceland's Got Talent" müsabiqəsinin finalçısı və 2015-ci ildə "The Voice Iceland"ın yarımfinalçısı olub. 2021-ci ildə o, Bostondakı Berkli Musiqi Kollecini başa vurub. 2022-ci ildə debüt studiya albomu olan "Everything I Know About Love"-ni çıxarıb, hansı ki, ABŞ və İslandiya hit-paradlarına düşüb. O, 2022-ci ildə özünün sayca ikinci studiya albomu olan "Bewitched"-i yayımlayıb. Sözügedən alboma görə Leyvey "Ən yaxşı pop vokal albomu" kateqoriyasında "Qremmi" mükafatı qazanıb. Bu albomdan sinql kimi buraxılan "From the Start" mahnısı Kanada, Yeni Zelandiya və ABŞ musiqi hit-paradlarına düşərək müsbət nəticə göstərib.
Similar Artists